...

AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN SEPARATİZM, TERRORİZM VƏ İŞĞALÇILIQLA MÜBARİZƏ MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ GÖRÜŞÜNÜN KEÇİRİLMƏSİ ZƏRURİDİR

Siyasət Materials 21 Sentyabr 2005 20:07 (UTC +04:00)

Separatizm, terrorizm və işğalçılıq antihumanist əməllərin təzahürü kimi Qafqaz xalqlarına saysız-hesabsız bəlalar gətirib və bu bəlaları törədənlər nə kimi şüarlarla pərdələnsələr də regionda sülhü məhv etməyə çalışırlar.Onlar region xalqlarının düşmənləridir.

Trend bildirir ki, bu barədə Qafqaz xalqlarının Ali dini şurası üzvlərinin sentyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubunda deyilir.

Məktubda qeyd olunur ki, Bakıda ikigünlük "İslam ümmətinin həmrəyliyi" adlı beynəlxalq konfransın keçirilməsinin məqsədi Qafqazda sabitlik naminə əməkdaşlığın möhkəmləndirilməsidir.

Azərbaycan, Ermənistan və Gürcüstan prezidentlərinin Qafqazın dini icmaları rəhbərlərinin iştirakı ilə xüsusi görüşünün keçirilməsi zərurəti qeyd olunur ki, bu da regionda sülhün təmin edilməsi məqsədilə "əlaqələndirilmiş fəaliyyət planı"nı hazırlamağa imkan verər.

Xəbər lenti

Xəbər lenti