...

M. PƏNAHOV: MSK QANUN POZUNTULARINA YOL VEDRİYİNƏ GÖRƏ, İLK NÖVBƏDƏ NAMİZƏDLƏRİ CƏZALANDIRACAQ

Siyasət Materials 24 Sentyabr 2005 19:04 (UTC +04:00)

Sentyabrın 24- də MSK-nın içlası keçirilib. Trend in məlumatına görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişilik edilib, KİI-lərdə seçkiqabağı təşvıiqat qaydarının pozulması hallarına, daxil odan müraçiətlərə baxılıb.

MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudovun verdiyi məlumatdardan sonra 95 saylı Tərtər və 21 saylı Nəsimi seçki dairələrinin tərkibində dəyişilk edilib. MSK üzvu Azər Tağıyev KİI-də seçki məjcləsinin tələblərinin pozulması haqda məlumat verib. Onun sözlərinə görə, telekanallardanbirində keçirilən debatı qanun pozuntusudur. MSK üzvü qeyd edib ki, komissiyaların KİI-ə müraciətləri nəzərə alınmadığından MSK çiddi tədbirldər görməlidir.

İclasda həmçinin məlumat verilib ki, sentyabrın 22-də AzTI-də saat 22.00 -da pulsuz efir vaxtı zamanı gözlənilmədən namizədlərdən birinin ödənişli təşıviqatı efirə verilib.

MSK-nın sədri Məzahir Pənahov bildirib ki, iki partiya və iki blokun namizədləri üçün pulsuz efir vaxtı yalnız AzTI və İctimai Televiziyaya verilib. O, bu məsələ ilə bağlı telekanallara xəbərdarlıq verilsin. Namizədlərin MSK-nın qeydə alınmış şəxslərin yol verdikləri qanun pozuntularına görə, namizədlikləri ləğv etmək huqüqu var"- deyə M.Pənahov qeyd edib.

Sədr müavini Svetlana Qasımova KİI-lərə öz repotaclarında komissiyaların iclaslarının mahiyyətini tam dolğun əks etdirmədiklərinə irad tutub.

Sonra MSK-ya daxil olunmuş müraciətlər barədə M. Məmmədov, I. Mahmudov, A. Tağıyev məlumat veriblər. Müraciətlər İcra başçılarının seçki prosesinə müdaxiləri, təşviqat kampaniyasında yaranmış texniki noqsanlar və diqər məsələrllə bağlı olub.

Xəbər lenti

Xəbər lenti