...

DAHA BİR "AZƏRBAYCAN GƏNCLƏR PARLAMENTİ" YARADILIB

Siyasət Materials 28 Sentyabr 2005 14:19 (UTC +04:00)

Azərbaycan Amerika Gənclər İctimai Birliyi Norveç Krallığının ölkəmizdəki səfirliyinin vəsaiti hesabına, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi "Gənclərin seçki təşəbbüslərinin inkişafı" adlı layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə yeni Institut-Azərbaycan Gənclər Parlamentini təsis edib. Trend in məlumatına görə, sentyabrın 28-də Beynəlxalq Mətbuat Mərkəzində Gənclər Parlamentinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Gənclər Parlamentini təsis etməkdə məqsəd ölkəmizin müxtəlif bölgələrindən olan gənclərin maraqlarını və təşəbbüslərini bu parlament səviyyəsində müdafiə etmək, seçiləcək yeni parlamentə öz təklif və rəylərini verməkdir. Gənclər Parlamenti Milli Məclisə gənclərin ehtiyac və problemlərindən irəli gələn qanunvericilik üzrə təkliflər paketi və qətnamələr hazırlayacaq. Həmçinin, Azərbaycan gəncliyinin Avropa strukturlarına və əməkdaşlıq etdikləri Avropa Gənclər Parlamenti vasitəsilə Avropa Parlamentinə çıxışını təşkil etməyi qarşısına məqsəd qoyub.

Norveçin ölkəmizdəki səfirinin müavini Qoril Yohansen bildirib ki, gənclərin demokratikləşmə prosesində iştirakı çox mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dövlətin rəsmi şəxsləri bu məsələdə fəal gənclərə yardım olmalıdır. Diplomat qeyd edib ki, Azərbaycan Gənclər Parlamenti ölkənin ictimai-siyasi həyatında, seçkilərdə, demokratik proseslərdə öz müsbət töhfəsini verəcək.

Qeyd edək ki, bundan əvvəl sentyabrın 27-də başqa təşkilatların təşəbbüsü ilə Azərbaycan Gənclər Parlamentinin yaradıldığı elan olunub.

Xəbər lenti

Xəbər lenti