"Azərbaycançı Qüvvələr seçki blokunun bir qrup üzvü sentyabrın 30-da saat 12.00-da ATƏT-in Beynəlxalq müşahidəçilər qrupunun üzvləri ilə görüşəcəklər". Bu barədə Trend agentliyinə adıçəkilən seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.
Görüşdə müzakirə olunacaq məsələlər sırasına AQ seçki blokundan İslam Partiyasının sədri Hacı Hacıağa Nurinin (28 saylı üçüncü Sabunçu seçki dairəsi), partiyanın üzvləri Elxan Musayev (108 saylı Ağstafa seçki dairəsi) və Vaqif Abdullayevin (70 saylı Masallı seçki dairəsi) namizədliklərinin qeydə alınmaması daxildir.
Görüşün Sosial Ədalət Partiyasının qərargahında keçiriləcəyi gözlənilir. AQ seçki bloku tərəfindən İslam Partiyasının sədri Hacıağa Nuri, Birlik Partiyasının sədri Xudadət Xudiyev və Xalq Dirçəliş Partiyasının sədri Azər Qasımzadə iştirak edəcək.