...

NAMİZƏDLƏRİ HƏDƏLƏNƏN LİBERAL PARTİYA RESPUBLİKA PROKURORLUĞUNA MÜRACİƏT EDƏCƏK

Siyasət Materials 29 Sentyabr 2005 13:49 (UTC +04:00)

Azərbaycan Liberal Partiyası seçkidə iştirak edən namizədlərinin naməlum şəxslər tərəfindən təhdid edilmələri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək. Bu barədə Trend ə ALP-dən məlumat verilib. Partiyanın 64 saylı Sabirabad seçki dairəsindən namizədi Vidadi Həsənov, 39 saylı Kəpəz birinci seçki dairəsindən namizədi Bəhramgur Mustafayev, 70 saylı Masallı şəhər dairəsindən namizəd Zakir Abbas naməlum şəxslər tərəfindən təhdid edilirlər. Onlara anonim zənglər edilir, seçkidən çəkilmələri tələb olunur. Namizədləri hətta ölümlə hədələyirlər.

ALP bu faktlarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edəcək. Namizədlərə qarşı təxribatların, hədələrin, onların qanunsuz şəkildə seçkidən kənarlaşdırılmasına yönələn cəhdlərin qarşısının alınması tələb olunacaq.

Xəbər lenti

Xəbər lenti