...

AZƏRBAYCANIN BMT-DƏKİ DAİMİ NÜMAYƏNDƏSİ BAŞ ASSAMBLEYANIN KOMİTƏ SƏDRİ SEÇİLİB

Siyasət Materials 29 Sentyabr 2005 14:26 (UTC +04:00)

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş Assambleyasının komitə sədri seçilib. Trend in xəbər verdiyi kimi, o, siyasət və müstəmləkəçiliyin ləğvi üzrə 4-cü xüsusi komitənin rəhbəri olub. Bu qurum Assambleyanın 7 əsas komitəsi sırasına daxildir.

Qeyd edək ki, 4-cü komitədə qlobal siyasi, o cümlədən müstəmləkə dövlət və xalqlarının müstəqillik əldə etməsi, dinc məqsədlərlə kosmik məkandan istifadə, münaqişə zonalarında sülh məramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunur.

Y.Əliyev bildirib ki, Baş Assambleyanın 4-cü komitəsində sədrlik BMT-nin müxtəlif strukturlarında onun bu günə kimi icra etdiyi vəzifələrin bilavasitə davamıdır. Diplomat xatırladıb ki, 59-cu sessiyada BMT-nin İqtisadi və Sosial Şurasının sədr müavini vəzifəsini tutub.

"Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasını sübut edir. Komissiya sədrləri statuslarına görə təşkilatın idarə heyətinin üzvləridir, bu isə BMT Baş Assambleyasının 60-cı sessiyasının gündəliyinə təsir etməyə imkan verəcək", - deyə diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti