...

AZƏRBAYCAN PREZİDENTİ AMERİKANIN "IALMONT INDUSTRIES" ŞİRKƏTİNİN RƏHBƏRİNİ QƏBUL EDİB

Siyasət Materials 3 Oktyabr 2005 19:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Amerikanın "Ialmont Industries" şirkətinin Bakıda olan sədri və baş icraçı direktoru Moqens Bayı qəbul edib.

Trend bildirir ki, dövlət başçısı kənd təsərrüfatı sahəsində ixtisaslaşdırılmış Amerika şirkətinin Azərbaycanda yeni layihələr gerçəkləşdirmək niyyətini müsbət amil kimi qiymətləndirib.

İ.Əliyevin sözlərinə görə, neft-qaz sektorundan sonra kənd təsərrüfatı sektoruna böyük əhəmiyyət verilir. "Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda bu sahədə böyük uğurlara nail olacağıq və mən bu prosesdə sizin fəal iştirakınıza ümid edirəm"-deyə prezident bildirib.

M.Bay şirkətin Azərbaycanda pambıq və şəkər çuğunduru istehsalı sahəsində 2 iri layihə gerçəkləşdirmək niyyətini bildirb. "Yaxın vaxtlarda pilot layihələrin gerçəkləşdirilməsinə başlanılacaq ki, bu da Azərbaycanda tammiqyaslı fəaliyyətin başlaması üçün əsas olacaq"-deyə şirkətin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti