...

VLADİMİR RUŞAYLO MSK RƏHBƏRLİYİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 6 Oktyabr 2005 14:37 (UTC +04:00)

MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 6-da Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Trend in məlumatına görə, MSK sədri Məzahir Pənahov qarşıdan gələn parlament seçkilərində müşahidəçilik institutunun mühüm yer tutduğunu və seçkilərin nəticələrinin qiymətləndirilməsində müşahidəçilərin rəylərinin əhəmiyyətli olduğunu qeyd edib. MSK sədri seçkiqabağı vəziyyət barədə qonaqlara ətraflı məlumat verib.

Vladimir Ruşaylo 2003-ci ilin prezident seçkilərində bütün beynəlxalq müşahidəçilər kimi MDB müşahidə missiyasına da öz fəaliyytələrini həyata keçirmək üçün yaxşı şərait yaradıldığını xatırladıb və indi də belə olacağına ümid etdiyini bildirib. O qeyd edib ki, hazırda müşahidə missiyasının tərkibində 150-dən çox müşahidəçi var, lakin səsvermə gününə qədər onların sayı artacaq. Missiyanın qərargahı Bakıda yerləşəcək, Naxçıvanda, Gəncədə və Lənkəranda bölmələri fəaliyyət göstərəcək: "Müşahidəçilərimiz bütün rayonlarda olacaqlar və 125 seçki dairəsinin hamısını əhatə edəcəyik. Namizədliyini fərdi qaydada irəli sürmüş şəxslərlə, siyasi partiyaların və blokların namizədləri ilə də görüşlərimiz nəzərdə tutulub ki, bu da seçkiqabağı vəziyyəti obyektiv qiymətləndirməkdən ötrü vacibdir",-deyə V.Ruşaylo bildirib.

O, MDB müşahidəçilərinin seçki komissiyalarının indiyə qədərki fəaliyyətini müsbət dəyərləndirdiklərini vurğulayıb, bildirib ki, namizədlərin sayının 2000-dən çox olması seçkilərin ədalətli keçiriləcəyi barədə

düşünməyə əsas verir. Ümumiyyətlə, prezident İlham Əliyevin 11 may 2005-ci il tarixli "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı, hazırki seçkiqabağı vəziyyət seçkilərin demokratik keçəcəyindən xəbər verir.

Xəbər lenti

Xəbər lenti