...

AZƏRBAYCAN MİLLİ DÖVLƏTÇİLİK PARTİYASININ SƏDRİ NEMƏT PƏNAHLI MİTİNQƏ HAZIRLAŞIR

Siyasət Materials 7 Oktyabr 2005 17:20 (UTC +04:00)

"Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı mitinqə hazırlaşır". Bu barədə Trend agentliyinə AMDP sədrinin özü bildirib.

Hələlik bəzi siyasi qüvvələrlə danışıqlar apardığını deyən N.Pənahlı nəzərdə tutulan mitinqin möhtəşəmliyindən də danışıb: "Tələsik mitinq keçirmək istəmirik. Mitinqi keçirməzdən öncə çox fikirləşməlisən. Müəyyən planlar üzərində iş aparmalısan ki, sonradan bəzi bloklar kimi meydana beş-on adam toplayıb özünü biyabır etməyəsən".

Ancaq AMDP sədri hansı qüvvələrlə danışıqlar apardığı barədə bir məlumat verməyib. Sadəcə olaraq bildirib ki, bu sıraya müxalifətin təmsil etdiyi bloklar da daxildir: "Mən ayrı-ayrı partiya rəhbərləri ilə də bu məsələ ilə bağlı söhbətlər aparmışam. Hələlik yekun qərar qərar qəbul etməsək də, bu məsələni gündəmdə saxlayırıq".

Mitinqin seçkilərdən sonra, yoxsa seçkilərdən öncə keçiriləcəyi ilə bağlı AMDP sədri heç bir açıqlama verməyib: "Ünvan "Qələbə" meydanı olacaq. Ancaq vaxtını hələ deyə bilmərəm. Bu məndən asılı deyil".

Qeyd edək ki, AMDP sədri Azərbaycan Tərəqqi seçki blokunda təmsil olunsa da namizədliyini 19 saylı birinci Nərimanov seçki dairəsindən müstəqil şəkildə verib.

Xəbər lenti

Xəbər lenti