...

ƏLİ KƏRİMLİ: TƏKCƏ AXCP-nın ÜZVLƏRİNDƏN 52 NƏFƏR HƏBS EDİLİB

Siyasət Materials 9 Oktyabr 2005 19:48 (UTC +04:00)

Polis "Azadlıq" seçki blokunun aksiyasını xüsusi amansızlıqla dağıtdı. Trend in məlumatına görə, bu barədə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli oktyabrın 9-da mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, aksiyanın keçirələcəyinə cəhd olunan əsas yerlər Nizami küçəsi, "Azadlıq" prospekti, Fəvvarələr meydanı və həmçinin Gənclər dairəsi olub. İlkin məlumatlara görə, 27 aksiya iştirakçısı ağır zədələr alıb, irimiqyaslı həbslər keçirilib. Ə.Kərimli qeyd edib ki, aksiyanın dağıdılmasında hər birində 50-70 polis bölmələri fəaliyyət göstərib. Təkcə AXCP-nın üzvlərindən 52 nəfər həbs edilib.

Ə.Kərimli bildirib ki, saat 16.00-ya nəzərdə tutulan etiraz aksiyası saat 18.00-a yaxın dlokun liderlərinin göstərişi ilə dayandırılıb. Özü də bu zaman təxribatların baş verəcəyi barədə məlumatlarla əlaqədar "Nərimanov" metro stansiyası yaxınlığında nəzərdə tutulan aksiya ümumiyyətlə ləğv edilib.

AXCP-nın lideri bildirib ki, aksiya iştirakçılarını əllərində yalnız qərənfil tutmalarına bazmayaraq, polislər onlara qarşı dubinkalardan və hətta dəmir çubuqlardan istifadə ediblər.

Mətbuat konfransında çıxış edən Azərbaycanın Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib ki, etiraz aksiyasında ALP-nın üzvləri də iştirak ediblər. Bu zaman o bildirib ki, zorakılığa ALR-nın üzvləri kimi onun rəhbərləri və hətta deputatlığa namizədləri də məruz qalıb.

Xəbər lenti

Xəbər lenti