...

Azərbaycan Milli Demokrat Partiyası müxalifət liderləri ilə danışıqların II mərhələsinə start verib

Siyasət Materials 14 Oktyabr 2005 18:22 (UTC +04:00)

"Müxalifətin vahid Koordinasiya Şurası tərəfindən idarə olunması missiyasını üzərinə götürən Azərbaycan Milli Demokrat Partiyası (AMDP) bu istiqamətdə müxalifət liderləri ilə danışıqlarının II mərhələsinə start verib" Bu barədə Trend ə AMDP sədrinin birinci müavini Oqtay Xəlilli bildirib.

O.Xəlilli qeyd edib ki, danışıqların I mərhələsi Müsavat Partiyasının sədri İsa Qəmbər, "Azadlıq" blokunun mərkəzi seçki qərargahının rəhbəri Pənah Hüsenli və Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu ilə aparılıb: "II mərhələnin danışıqları isə oktyabrın 14-15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli ilə olacaq".

AMDP sədrinin birinci müavini onu da bildirib ki, danışıqların I mərhələsi uğurla aparılıb: "Danışıqlarımızı bununla yekunlaşdırmayacağıq. Əli Kərimli ilə danışıqlar apardıqdan sonra III mərhələyə start verəcəyik. Bu mərəhələdə danışıqlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) sədri Mirmahmud Mirəlioğlu və Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə aparılacaq".

Xəbər lenti

Xəbər lenti