...

Gözdən əlil seçicilərin səsverməsi üçün xüsusi trafaretlər hazırlanır

Siyasət Materials 22 Oktyabr 2005 13:39 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) gözdən əlil olan seçicilərin səs verməsini təşkil etmək üçün Brayl əlifbası ilə tərtib olunmuş xüsusi trafaretlər hazırlayır. Bu barədə Trend ə MSK-nın Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib. Mətbuat Mərkəzindən bildirilib ki, MSK noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkilərində müxtəlif formalı əlilliyi olan seçicilərin səs verməsinə şərait yaradılmasını təmin etmək məqsədilə mütəmadi iş aparır. Brayl əlifbası ilə tərtib olunmuş xüsusi trafaretlərin hazırlanması da bu istiqamətdə görülən işlərdən biridir.

Bundan əlavə, fiziki cəhətdən əlil olan seçicilərin səsvermədə iştirakını təmin etmək üçün pilot layihə çərçivəsində bəzi məntəqələrdə panduslar (maili keçid) tikilməsi nəzərdə tutulur. MSK bu istiqamətdə "Lotos" Əlilliyin Dərki və Təlim Mərkəzi ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti