...

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Siyasət Materials 23 Oktyabr 2005 18:30 (UTC +04:00)

Oktyabrın 23-də MSK-nın növbəti iclası keçirilib. MSK katibi Natiq Məmmədov iclasın gündəliyində çap edilmiş seçki bülletenlərindəki bəzi məlumatlarda lazım olan dəyişkliklərə dair məlumat verib. O bildirib ki, 300 nəfərə yaxın namizəd ötən müddət ərzində öz namizədliyini geri götürüb. MSK katibi təklif edib ki, bu namizədlərin təmsil etdikləri partiya və blokların seçki bülletenlərində onların adları və soyadları üzərindən xətt çəkilsin. Çaşqınlıq yaratmamaq məqsədilə seçicilər tərəfindən bu təklif yekdilliklə qəbul olunub.

Sədr müavini Svetlana Qasımova bəzi seçki komissiyalarının tərkibindəki dəyişikliklər haqqında məlumat verib. 35 saylı Xətai dairə seçki komissiyasının üzvü Sahib Allahverdiyev, 68 saylı Cəlilabad kənd dairə seçki komissiyasının üzvü Qılıncxan Nəsirov, 120 saylı Cəbrayıl-Qubadlı dairə seçki komissiyasının üzvü Ramiz Məmmədov müraciət edərək seçki komissiyaları sıralarından çıxarılmaları ilə bağlı ərizə veriblər.

Xəbər lenti

Xəbər lenti