...

Avropa Birliyi "Üçlüyü" Azərbaycanın müxalifət liderləri ilə görüşüb

Siyasət Materials 28 Oktyabr 2005 14:21 (UTC +04:00)

Bakıda səfərdə olan Avropa Birliyinin "Üçlüyü" oktyabrın 28-də Azərbaycanın siyasi partiya və seçki bloklarının rəhbərləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunun həmsədrləri Əli Kərimli, İsa Qəmbər, Sərdar Cəlaloğlu, "Yeni Siyasət" blokunun Koordinasiya Şurasının üzvləri Eldar Namazov və Etibar Məmmədov, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət, Avropa Birliyi "Üçlük" adlanan nümayən heyətindən isə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye, Böyük Britaniyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Brayn Foll, Avropa Komissiyasının Cənubi Qafqaz və Orta Asiya Avropa şöbəsinin Kurt Yuul, Avstiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Haydemarina Herer və digərləri iştirak ediblər.

AXCP sədri Əli Kərimli bilidrib ki, görüşdə əsasən ölkədə seçkiöncəsi ictimai-siyasi vəziyyət, seçki prosesinin ilk mərhələlərinin gedişi, yekunları, müxalifətin seçkidə iştirakı məsələləri müzakirə olunub. Ə.Kərimlinin sözlərinə görə, müxalifət nümayəndələri seçkiöncəsi vəziyyət barədə, həmçinin seçki prosesində yol verilən qanun pozuntuları, namizədlərin üzləşdikləri maneələr, müxalifət bloklarının bölgələrdə keçirdiyi kütləvi tədbirlər haqqında qonaqlara məlumat veriblər. Heyki Talvitiye isə bildirib ki, Azərbaycanda seçkiqabağı durum, seçkilərə hazırlıq işlərinin gedişi barədə fikirlərini kütləvi informasiya vasitələri üçün keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Eldar Namazov da bu görüşün səmərəli keçdiyini, tərəflərin qarşılıqlı şəkildə fikir mübadiləsi apardığını deyib. onun sözlərinə görə, müxalifət təmsilçiləri seçki presesinin gedişi ilə bağlı fikirlərini bildiriməklə bərabər, Avropa Birliyi nümayəndələrini maraqlandıran suallarını da cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti