...

Seçkini izləyəcək beynəlxalq müşahidəçilərin sayı 1291-ə çatıb

Siyasət Materials 3 Noyabr 2005 17:47 (UTC +04:00)

Parlament seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasında qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 1291 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib.

Bu müşahidəçilər, əsasən beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələri, beynəlxalq qeyri-hökumət təşkilatlarını, eləcə də Azərbaycanda fəaliyyətdə olan diplomatik korpusları təmsil edirlər.

Xəbər lenti

Xəbər lenti