...

Andres Qross "Nəticələr haqqında yekun rəy söyləmək hələ tezdir"

Siyasət Materials 7 Noyabr 2005 10:58 (UTC +04:00)

Dünən saat 2300-da Gəncə şəhərində müşahidə missiyasını yerinə yetirən Avropa parlamentariləri Andres Qross və Andreas Herkell yerli KİI-lərin istirakı ilə mətbuat konfransı keçiriblər. 37 saylı Nizami birinci (Gəncə) Dairəsinin 18 saylı məntəqəsində tam müşahidə apardığını qeyd edən məruzəçi həmin məntəqədə seçkinin saxtakarlıq olmadan ədalətli keçdiyini bildirib. Qross müşahidə obyekti olaraq yalnız bir məntəqəni seçməyinin səbəbini belə izah edib: "Saxtakarlıq ani baş vermir. Ola bilər ki, qısa müşahidə zamanı heç bir qanunsuzluq olmasın. Amma müşahidə boyunca nəyin necə baş verdiyini aydın müşahidə etmək olur".

A.Qross seçkilər haqqında ümumi rəy barədə fikir söyləməyin tez oldugunu bildirib. "Başqa məntəqələrdə müşahidə aparan digər həmkarlarım mənə məlumat verirlər ki, ciddi pozuntular olub. Bunlar araşdırılacaq və yekun rəyimiz formalaşacaq.

Xəbər lenti

Xəbər lenti