...

Əli Əhmədov: "İqtidar dialoqa hazırdır"

Siyasət Materials 8 Noyabr 2005 16:58 (UTC +04:00)

"Hakimiyyət seçkilərin nəticələrinə etiraz edən müxalifət nümayəndələri ilə dialoqa hazırdır". Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov qeyd edib ki, iqtidar müxalifətlə dialoqda yalnız seçkilərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirmək istəyir: "Ancaq bu o demək deyil ki, biz müxalifətin fikirlərini qəbul edəcəyik. Sadəcə olaraq biz onlara seçkilərin demokratik keçirildiyini və bu prosesi şübhə altına aldıqlarını sübut etmək məqsədilə dialoq tərəfdarıyıq".

YAP rəsmisi onu da bildirib ki, təkcə müxalifət nümayəndələri ilə deyil, seçki məsələləri ilə bağlı istənilən namizədlə müzakirəyə hazırdırlar.

Xəbər lenti

Xəbər lenti