...

"Milli Birlik" Hərəkatı, "Azadlıq" və "Yeni Siyasət" blokları yeni seçki keçirilməsi məqsədilə birləşdiklərini bəyan etdilər

Siyasət Materials 10 Noyabr 2005 16:49 (UTC +04:00)

"Milli Birlik" Hərəkatı, "Azadlıq" və "Yeni Siyasət" seçki blokları 6 noyabr parlament seçkisinə dair birgə bəyanat qəbul ediblər. Trend in məlumatına görə, həmin sənəd noyabrın 10-da bu blokların birgə keçirdiyi mətbuat konfransında qəbul edilib.

"Azadlıq" və "Yeni Siyasət" seçki bloklarının liderləri və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət seçkinin saxtalaşdırılmış nəticələrinə qarşı birgə mübarizə aparacaqlarını bəyan ediblər. Tədbirdə qəbul olunmuş bəyannaməni imzalamış siyasi qüvvələr 6 noyabr seçkilərinin nəticələrinin ləğv olunmasını və yeni seçkilərin keçirilməsini tələb ediblər. Bəyanatın sonunda yeni seçkilərin demokratik keçirilməsi uğrunda demokratik cəbhədə birləşdiklərini elan edərək bütün mütərəqqi qüvvələri də bu işdə fəal iştirak etməyə çağırıblar.

Xəbər lenti

Xəbər lenti