...

İranın xarici işlər nazirinin Bakıya səfərinin proqramı və gündəliyi hazırlanır

Siyasət Materials 26 Noyabr 2005 12:00 (UTC +04:00)

İranın xarici işlər naziri Manuçöhr Mottakinin Azərbaycana rəsmi səfərinin proqramı və gündəliyi hazırlanır. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

Noyabrın 28-ə planlaşdırılan səfər bir gün davam edəcək. Səfərin proqramında Azərbaycanın XİN-nin rəhbəri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər planlaşdırılır. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə etməyi, regional və beynəlxalq problemlərlə, birgə iri regional iqtisadi layihələrlə bağlı fikir mübadiləsi aparmaq niyyətindədirlər.

Bu, M.Mottakinin İranın xarici işlər naziri vəzifəsində ilk səfəridir. İranın Bakıdakı səfirliyinin mətbuat xidmətindən səfərin proqramı və gündəliyinin hələ tam hazır olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti