...

Ramiz Rizayev: "Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı hazırlıq işləri aparılır"

Siyasət Materials 28 Noyabr 2005 18:00 (UTC +04:00)

Azərbaycan və Rusianın Xarici İşlər Nazirlikləri fevral ayında prezident Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı hazırlıq işləri aparır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın XİN ekspertləri artıq Bakıdadır və səfər proqramının razılaşdırılması üzrə məsləhətləşmələr aparıb. Diplomat onu da qeyd edib ki, məsləhətləşmələr zamanı detallarının hələ açıqlanmadığı bir sıra məsələlər üzrə razılaşma əldə edilib.

Səfir xatırladıb ki, Putinin səfəri Azərbaycanda Rusiya ilinin təntənəli açılış mərasimində iştirakı ilə bağlıdır. İlin açılışı fevralın ortalarına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti