...

74 saylı dairədən olan namizədlər prezidentə, Respublika Prokurorluğuna, Apellyasiya və Konstitusiya Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 30 Noyabr 2005 17:44 (UTC +04:00)

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd olmuş 5 nəfər Apellyasiya Məhkəməsinə, Konstitusiya Məhkəməsinə, Respublika Prokurorluğuna və prezident İlham Əliyevə müraciət edəcək. Bu barədə Trend ə həmin namizədlərdən biri Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov məlumat verib.

O, bildirib ki, müraciətdə 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə seçkinin nəticələrinin əlğv olunması tələb ediləcək. Şikayət ərizələrində və prezidlentə məktubda bu dairə üzrə baş verən qanun pozuntuları barədə məlumat veriləcək.

H.Əzimov deyib ki, həmin 5 nəfər namizəd Mərkəzi Seçki Komissiyasına (MSK) və Apellyasiya Məhkəməsinə artıq müraciət ediblər. MSK bu dairə üzrə bəzi məntəqələrin nəticələrini ləğv edib, lakin bu, dairənin ymumi nəticələrinə təsir göstərməyib. Apellyasiya Məhkəməsi isə onların şikayətinə baxılmaqdan imtina olunması barədə qərar çıxarı. Narazı namizədlər məhkəmə instansiyalarına yenidən müraciət etmək qərarına gəliblər.

Xəbər lenti

Xəbər lenti