...

Prezident İlham Əliyev "Şevron-Avrasiya" şirkətinin icraçı direktorunu qəbul edib

Siyasət Materials 9 Dekabr 2005 16:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 9-da "Şevron-Avrasiya" şirkətinin icraçı direktoru Qay Hollinqsvortu qəbul edib. Trend xəbər verir ki, qonaq görüşdə Azərbaycanla "Şevron- Avrasiya" şirkətinin əməkdaşlığının genişlənəcəyi əsas muzakirə obyekti olub.

Qay Hollinqsvortun Azərbaycan Dövlət Neft Şirkəti rəhbərləri ilə keçirdiyi görüşdən xəbərdar olduğunu bildirən prezident İlham Əliyev şirkətin gələcəkdə Azərbaycanda həyata keçirmək istədiyi layihələr barədə məlumatlı olduğunu qeyd edib: "Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarı və iştirakçılarındandır. Bakı-Tbilisi-Ceyhan əsas icrac bru kəmərinin layihəsi dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıqı daha da inkişaf etdirmək üçün zəmin yaradıb"

Qonaq görüşdən məmnunluğunu ifadə edib və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə bağlı dövlətimizin başçısına başsağlığı verib.

Xəbər lenti

Xəbər lenti