...

Etibar Məmmədov dekabrın 18-də AMİP-də toplantı keçirəcək

Siyasət Materials 14 Dekabr 2005 16:55 (UTC +04:00)

"Dekabrın 18-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəalları ilə toplantı keçirib partiya daxilində yaranmış böhranı müzakirə edəcəyəm". Bu baradə Trend ə AMİP lideri Etibar Məmmədov bildirib.

Toplantının təşkili ilə bağlı AMİP sədri Əli Əliyevə məktub ünvanladığını deyən E.Məmmədov onu da qeyd edib ki, toplantıda Siyasi Şura, Mərkəzi Şura və katibliyin nümayəndələri də iştirak edəcəklər: "Toplantıda hər hansı bir qərar qəbul edilməyəcək. Çünki buna yalnız seçkili orqanlar səlahiyyətlidir. Mən sadəcə olaraq partiyada yaranan anlaşılmazlıqlara aydınlıq gətirmək üçün bu görüşün tərəfdarıyam".

Qeyd edək ki, son bir həftə ərzində AMİP-də partiyanın sədri Əli Əliyevlə Siyasi Şuranın bir qrup üzvü arasında mübahisələr yaranıb. Mübahisələr nəticəsində tərəflər mətbuat konfransları keçirərək bir-birlərini ittihamlayıblar.

Xəbər lenti

Xəbər lenti