...

Azərbaycanın Fövqəladə Hallar nazirliyi yaradılıb

Siyasət Materials 17 Dekabr 2005 12:36 (UTC +04:00)
Azərbaycanın Fövqəladə Hallar nazirliyi yaradılıb

Trend in xəbər verdiyi kimi, dekabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, nazirlik texnogen xarakterli qəzaların nəticələrinin aradan qaldırılması, yanğınların qarşısının alınması, xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların yaradılması, mülki müdafiə üzrə işlərin təşkili məqsədilə yaradılır.

Fərmana əsasən, sənayedə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət Dövlət komitəsi, dağ-mədən nəzarəti komitəsi, həmçinin, Nazirlər Kabineti yanında maddi ehtiyatlar komitəsi ləğv olunur, onların əsas fond, əmlak, funksiya və ehtiyatları, həmçinin, Müdafiə nazirliyinin mülki müdafiə idarəsi, DİN-in yanğından mühafizə dövlət idarəsi , sularda xilasetmə dövlət xidməti, Bakı şəhəri İcra hakimiyyətinin mənzil-kommunal departamentinin "İzotop" xüsusi kombinatı, inşaat və memarlıq dövlət komitəsinin tikilən obyektlərinin birləşmiş direksiyası və komitənin tabeliyində olan anbarlar da yeni nazirliyin tabeliyinə verilir.

Bununla əlaqədar Nazirlər Kabinetinə bir ay ərzində Azərbaycanın Fövqəladə Hallar nazirliyinin nizaimnaməsinin layihəsini, onun strukturunu, xərclər smetasını və əməkdaşların ştatını hazırlayaraq prezidentə təqdim etmək, Azərbaycan Respublikasının qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Sərəncam imzalandığı andan qüvvəyə minib.


Xəbər lenti

Xəbər lenti