...

"Azadlıq" bloku icazəsiz aksiya qərarını dəyişmədi

Siyasət Materials 17 Dekabr 2005 13:38 (UTC +04:00)

"Azadlıq" blokunun nümayəndələri dekabrın 17-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq xəbərdarlıq edilmələrinə baxmayaraq, blok icazəsiz aksiya keçirmək barədə qərarını dəyişməyib. Bu barədə Trend ə "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədr müavini Həsən Kərimov məlumat verib.

O bildirib ki, Məhərrəm Əliyev 18 dekabr aksiyasının təşkilatçılarını polis idarəsinə çağıraraq onlara xəbərdarlıq edərək, izacəsiz tədbirin qarşısının alınacağını deyib. Lakin müxalifətçilər Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi ünvanda - "Motodrom"da aksiya keçirmək niyyətində deyil.

Həsən Kərimovun sözlərinə görə, dekabrın 18-də metronun "28 May" stansiyası qarşısındakı meydanda, Füzuli meydanında və ya Nəriman Nərimanov parkında aksiyaya cəhd göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti