...

Yurddaş Partiyası əlavə seçkilərdə iştirak edəcək

Siyasət Materials 19 Dekabr 2005 17:12 (UTC +04:00)

Yurddaş Partiyası əlavə seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri, sabiq millət vəkili Mais Səfərli bildirib.

Partiya sədri hələlik hansı seçki dairələrində təmsil olunacaqları barədə müəyyənləşdirmə aparılmadığını deyib: "6 noyabr parlament seçkilərinin demokratik keçirildiyi ilə bağlı qərar qəbul etmişik. Əlavə seçkilərin də şəffaf keçiriləcəyinə inanırıq. Baxmayaraq ki, bəzi müxalifət partiyaları tərəfindən biz bu mövqeyimizə görə hədəfə alındıq".

M.Səfərli mandatlarından imtina etmək fikrində olan müxalifətçi millət vəkillərinin mövqeyini pisləyib: "Bu addımı atmaqla onlar seçicilərinə qarşı hörmətsizlik edirlər".

Xəbər lenti

Xəbər lenti