...

Gəncə Regional Elm Mərkəzində yeni elmi tədqiqatlara start verilib

Siyasət Materials 19 Dekabr 2005 17:22 (UTC +04:00)

Gəncə Regional Elm Mərkəzində ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi sahəsində ardıcıl tədqiqat işləri aparılır. Bu günlərdə Mərkəzin "Boyaq emalı texnolobiyası" laboratoriyasında təbii bitkilərdən istifadə etməklə məişət zərərvericiləri ilə mübarizə üçün tətbiq olunan "Fitoantimol" və xlorofosu əvəz edən "Etoksimol" ətirli, kəskin təsirli maddənin sintezinə nail olublar.

Laboratoriyanın müdüri Ələskər Məmmədov Trend nümayəndəsi ilə söhbətində bildirib ki, son zamanlar istər məişətdə, istərsə də kənd təsərrüfatı sahəsində zərərvericilərə qarşı kimyəvi maddələrdən çoxlu miqdarda istifadə edilib. Bu da ekoloji problemlər yaradır: "Məsələn məişət zərərvericilərini qırmaq məqsədilə xlorofos və naftalin istifadə edilir. Bu maddələrdə zəhərli olduqlarından insan orqanizmini zəhərləməklə yanaşı, ətraf mühutədə təsir göstərir.Kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr isə hər şeydən öncə canlı orqanizmlər arasında müvazinəti pozur, zərərvericilərlə yanaşı xeyirli mikroorqanizmləri də məhv edir".

Ə.Məmmədov yeni sintez etdikləri maddələrin əsasını qoz yarpağı və yovşan kimi kəskin biokimyəvi maddələrlə zəngin bitkilər təşkil etdiyini bildirib.

Qeyd edək ki, yeni maddə olan fitoantimol zərərvericiləri məhv etməklə onun uzun müddət yaranmasının qarşısını alır.

Xəbər lenti

Xəbər lenti