Dekabrın 19-da beynəlxalq razılaşmalardan irəli gələn mübahisəli məsələlərə dair Azərbaycan Respublikası İqtisad Məhkəmsində hakim Rasim Hüseynovun sədrliyi ilə Vergilər nazirliyinin "Azpetrol" şirkətlər qrupuna və Ədliyyə nazirliyinə qarşı qaldırdığı iddiaya baxılıb. Trend in məlumatına görə, məhkəmə iddianı təmin edib.
Vergilər nazirliyinin "Azpetrol" şirkətlər qrupunun və Ədliyyə nazirliyini məşkəməyə verməsinə səbəb Vergilər nazirliyin "Azpetrol"da aparrdığı yoxlamalar zamanı bir sıra qanunsuzluqların aşkar olunması olub. Belə ki, ədliyyə nazirliyi mülki məcəllənin 88.2 maddəsini pozaraq, "Azpetrol" şirkətlər qrupuna daxil olan ""Azeritrans LTD" məhdud məsuliyyətli cəmiyyətinin təsisçilik hüququnu Hollandiyanın "Alliedmeridianoil end qaz Qroup B.I" şirkətinə verib. Həmin şirkətsə, "Azeritrans"ın təsisçisi İbrahim Məmmədov adlı vətəndaşa təzyiq göstərərək, onun təsisçilik payını əlindən alıb və şirkətin yeganə təsisçisinə çevrilib. İ.Məmmədov da hüquqlarının bərpası üçün həmin şirkəti beynəlxalq razılaşmalardan irəli gələn mübahisəli məsələlərə dair iqtisad məhkəməsinə verib.
Məhkəmə aydınlaşdırıb ki, "Azpetrol"un törəmə şirkəti "Azeritrans"ın təsisçisi İbrahim Məmmədov olub. Lakin sonradan ona təziq göstərilib və şirkətin səhmlərin 95%-i əlindən alınıb. Belə ki, 2005-ci ildə İ.Məmmədova zorla əvəzsiz bağışlama müqaviləsi imzalatdırıblar. Məhkəmə Vergilər Nazirliyinin və vətəndaş İbrahim Məmmədovun bu məsələ ilə bağlı iddiasını təmin edib.