...

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 22 Dekabr 2005 20:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22-də Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilini qəbul edib. Trend xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı barəsində söhbətlər aparılıb.

Müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətidən danışan prezident İlham Əliyev Gürcüstanın Xarici İşlər Nazirliyinin əməkdaşlığımızın genişlənməsində rolunu xüsusilə qeyd edib. Dövlət başçısı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Gürcüstan hissəsinin istifadəyə verilməsinə həsr olunan təntənəli mərasimdə iştirakını məmnunluqla xatırlayıb. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyini vurğulayıb.

Prezident Mixail Saakaşvilinin səmimi salamlarını və xoş arzularının çatdıran G.Bejuaşvili Gürcüstan prezidentinin təbrik məktubunu Azərbaycanın dövlət başçısına təqdim edib. O hər iki prezident arasındakı səmimi münasibətlərin ölkələrimizin əlaqələrinin inkişafında xüsusi rol oynadığını bildirib.

Xəbər lenti

Xəbər lenti