...

Tallində "exit-poll"un nəticələri ilə bağlı seminar keçirilib

Siyasət Materials 28 Dekabr 2005 11:34 (UTC +04:00)

"Tallində "Azərbaycanda Regional İnkişaf Mərkəzi" və Estoniyanın tanınmış sosioloji tədqiqatlar mərkəzləri olan "Saar Pol" və Avro Universitetinin keçirdiyi "exit-poll"un nəticələri ilə bağlı seminar keçirilib". Bu barədə Trend ə Azərbaycanda Regional İnkişaf Mərkəzindən bildirilib.

Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov Estoniyanın Humanitar Universitetində "Azərbaycanda iqtisadi və siyasi islahatlar" mövzusunda çıxış edib. Daha sonra isə Ç.İsmayılov və mərkəzin eksperti Əhməd Qəşəmoğlu Estoniya parlamentinin konfrans zalında "Azərbaycanın demokratik yolu və Avrobirlik" mövzusu ilə bağlı keçirilmiş konfransda iştirak ediblər.

Bundan başqa, Azərbaycanda 6 noyabr parlament seçkilərini müşahidə etmiş ATƏT-in 7 estoniyalı deputatı, 50 nəfərdən ibarət Estoniya Müşahidəçilər qrupu, Estoniya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti, Qafqaz İctimai Birliyi və Mərkəzi Asiya İctimai Birliyinin üzvləri də konfransın işinə qatılıblar.

Konfransda Azərbaycanda keçirilmiş parlament seçkilərində tətbiq edilən "exit-poll"arın MSK-nın nəticələri ilə yüz faiz üst-üstə düşdüyü vurğulanıb.

Xəbər lenti

Xəbər lenti