...

İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun 2006-cı il üzrə fərman imzalayıb və 2005-ci il üzrə Fondun büdcəsinə dəyişikliklər edib

Siyasət Materials 29 Dekabr 2005 15:32 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2006-cı il üzrə Dövlət Neft Fondunun büdcəsi barədə fərman imzalayıb. Bu barədə Trend məlumat verib.

Fərmana görə, Azərbaycanın Milli Məclisi tərəfindən təsdiqlənən Dövlət Neft Fondunun 2006-cı ilin xülasə şəklində olan büdcəsinə daxil edilən Fondun büdcəsinin mədaxilləri 2006-cı il üçün 807.842,6 min manat, məxaricləri isə 954 287,7 min manat müəyyən edilib.

Fondun mədaxillərinin əsas hissəsi Azərbaycanırn karbohidrogen xammalının satışından əldə olunan (684 milyon manat) təmiz gəlirlər hesabına formalaşacaq.

Fondun məxariclərinin əsas hissəsi aşağıdakı daxilolmalar hesabına: qaçqın və məcburi köçkünlərin köçürülməsi və sosial-iqtisadi vəziyyəti ilə bağlı bir sıra tədbirlərin maliyyələşdirilməsi (110,311 min manat), Bakı-Tbilisi-Ceyhan layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi (38 milyon manat), Dövlət büdcəsinə transfertlər (585 milyon manat) və s. hesabına olacaq.

Dövlət başçısı özünün digər fərmanı ilə Dövlət Neft Fondunun 2005-ci il üçün dövlət büdcəsinə dəyişiklik edib.

Fərmanda göstərilir ki, Bakı-Ceyhan-Tbilisi neft kəmərinin tikintisinə xərclərin artmasını nəzərə alaraq, Azərbaycanın payına düşən əlavə xərclərin maliyyələşdirilməsi məqsədilə qərara alınıb: Fondun icraçı direktorunun ərizəsini və Müşahidəçi Şuranın fikirlərini nəzərə alaraq Fondun xərclərini 1072871,0-dən 1172871,0 milyon manatadək artırılsın.

Dövlət Neft Fondunun icraçı direktoruna hər iki fərmandan irəli gələn məsəloələri həll etmək tapşırılsın.

Xəbər lenti

Xəbər lenti