...

Azərbaycan və Bolqarıstan arasında hökumətlərarası sənədlər təsdiqlənib

Siyasət Materials 30 Dekabr 2005 13:49 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan və Bolqarıstan hökumətləri arasında Avropa və Avroatlantik inteqrasiya sahəsində əməkdaşlıq haqqında memorandumun təsdiqlənməsi barədə Azərbaycan Respublikası qanununun mətni açıqlanıb.

Milli Məclisin qərarına əsasən, 23 sentyabr 2005-ci il tarixində Sofiyada imzalanmış memorandum təsdiqlənib.

Eyni zamanda Azərbaycan və Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi haqqında hökumətlərarası sazişin təsdiqlənməsini nəzərdə tutan qanunun da mətni açıqlanıb.

Ölkə prezidenti tərəfindən imzalanmış hər iki qanun dərc olunduğu gündən qüvvəyə minb.

Xəbər lenti

Xəbər lenti