...

Elman Araslı: Azərbaycan Fars körfəzi ölkələri ilə əlaqələrin inkişafını davam etdirmək niyyətində

Siyasət Materials 5 Yanvar 2006 14:00 (UTC +04:00)

Azərbaycan Fars körfəzit ölkələri ilə əlaqələrin inkişafını davam etdirəcək. Bu barədə Trend ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eləcə də Bəhreyndə, Qətərdə və Omanda səfiri Elman Araslı Azərbaycanın xarici işlər naziri Elmar Məmmdyarovun yanvarın 3-5-də Bəhreyn Krallığına səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, K.rfəzdəki ərəb monarxiyaları dünya enerji daşıyıcıları bazarında mühüm yeri tutmaqla mühüm geosiyasi əhəmiyyətə və böyük maliyyə vəsaitlərinə malikdirlər. Bu dövlətlərin rəsmi, işgüzar və ictimai dairələri Azərbaycana böyük maraq göstərirlər. Səfirin sözlərinə görə, Azərbaycanın müstəqilliyini birinci olaraq tanıyıblar və onunla əlaqələrin inkişafına hazır olduqlarına maraq göstəririlər. Bu ölkələr həmçinin, erməni-Azərbaycan münaqişəsində Azərbaycanı dəstəkləyirlər.

E.Araslı prezidentin və Azərbaycanın XİN-nin Fars körfəzi ölkələrinə, eləcə də Səudiyyə Ərəbistanına, Əmmana və Qətərə rəsmi səfərlərini və eyni zamanda, bu ölkələrin yüksək rütbəli şəxslərinin Azərbaycana səfərlərini xüsusi qiymətləndirib.

Səfirin sözlərinə görə, 2006-cı il əgər iyun ayında Bakıda keçiriləcək xarici işlər nazirlərnin 33-cü cü konfransının, sentyabrda isə islam dövlətlərinin turizm nazirlərinin 5-ci konfransının keçirilməsini nəzərə alınarsa, bu münasibətdə daha fəal il olacaq.

Xəbər lenti

Xəbər lenti