...

Abbasəli Həsənov: "İranın nüvə proqramı dinc xarakter daşıyır"

Siyasət Materials 18 Yanvar 2006 12:05 (UTC +04:00)

Azərbaycan Respublikası İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəkləyir. Trend in xəbər verdiyi kimi, bu barədə Tehranda keçirilmiş mətbuat konfransında Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bəyan edib.

"İranın nüvə proqramı dinc xarakter daşıyır və ölkənin atom fəaliyyətindəki böhran diplomatik üsullarla nizama salınmalıdır", - deyə səfir qeyd edib.

Diplomat, həmçinin, vurğulayıb ki, Azərbaycanın Xarici İşlər nazirliyi İranın atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnu rəsmən tanıyır və bu ölkənin nüvə proqramını dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti