...

Parlamentdə müxalifət qrupunun koordinatoru İqbal Ağazadədir

Siyasət Materials 18 Yanvar 2006 12:56 (UTC +04:00)

"Parlamentdə müxalifətçi millət vəkillərinin bəzilərindən ibarət olan qrupun koordinatoru İqbal Ağazadə qrupun gələcək fəaliyyətilə bağlı iş aparır". Bu barədə Trend ə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, Milli Məclisin daxili qaydalarına uyğun olaraq fraksiya yaratmaq mümkün olmadığından 6 müxalifətçi millət vəkili fəaliyyətlərini qrup formasında həyata keçirəcək. Bu qrupa Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Fazil Qəzənfəorğlu və Aynur Camalqızı daxildir.

F.Qəzənfəroğlu onu da qeyd edib ki, millət vəkilləri tətildə olduqlarından bu istiqamətdə aparılan iş yarımçıq qalıb: "Qrupun koordinatoru İqbal Ağazadə yaxın günlərdə bu məsələ ilə məşğul olacaq. Növbəti toplantılarda qrupun gələcək fəaliyyəti ilə bağlı məsələlərə bir daha aydınlıq gətiriləcək".

Onu da bildirək ki, müxalifət qrupunun rəhbəri olmayacaq. Qrupun üzvlərindən biri hər ay koordinator vəzifəsini icra edəcək.

Xəbər lenti

Xəbər lenti