Azadlıq Partiyası yeni mərkəz yaratmaq niyyətindədir. Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Əhməd Oruc bildirib.
Mərkəzin fəaliyyət prinsipi Azərbaycanda dünəvi cəmiyyətin yaradılması istiqamətində qurulacaq: "Öncə Yaşıllar partiyası ilə bu barədə razılaşma əldə etmişik. Daha sonra gələcəkdə yaradacağımız mərkəzə bir neçə qeyri-hökumət təşkilatları və tanınmış ziyalıları də cəlb etmək istəyirik".
Ə.Oruc onu da bildirib ki, mərkəzin adı ya "Üstün cəmiyyət uğrunda", ya da "Üstün dəyərlər uğrunda" adlana bilər: "Bu mərkəzin ilkin adlarıdır. Yaxın 15-20 gün ərzində mərkəzin yaradılması ilə bağlı cəmiyyətə geniş məlumat veriləcək".