...

Müsavat Partiyası Məclisinin iclası fevralın 5-nə təyin olunub

Siyasət Materials 30 Yanvar 2006 19:09 (UTC +04:00)

Yanvarın 30-da Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunaraq müvafiq olaraq bir neçə qərarlar çıxarılıb.

Müsavat Partiyasının 2006-cı ilə dair fəaliyyət istiqamətləri müzakirə edilib və qərara alınıb ki, bununla bağlı hazırlanmış sənəd partiya məclisinin növbəti toplantısının müzakirəsinə təqdim edilsin. Partiyanın növbəti məclisinin fevralın 5-də keçirilməsi qərara alınıb. Daha sonra dahi öndər Məmməd Əmin Rəsulzadənin doğum gününün qeyd olunmasına, yanvarın 31-də saat 12.00-da Novxanı kəndində onun heykəlinin ziyarət olunmasına qərar verilib.

İclasda həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA)

Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə dair və son günlər Nardaran qəsəbəsində baş vermiş hadisələrlə əlaqədar bəyanatlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti