...

Jan-Mişel Lubutan: "İnterpolun məlumat bazalarında 10 mindən artıq terrorçu və terrorda şübhəli bilinən şəxs var"

Siyasət Materials 1 Fevral 2006 14:25 (UTC +04:00)

İnterpolun məlumat bazalarında 10 mindən artıq terrorçu və terrorda şübhəli bilinən şəxs var. Trend xəbər verir ki, bu sözləri jurnalistlərlə sözbətində İnterpolun Baş Katibliyinin Polis Xidmətləri üzrə icraçı direktoru Jan-Mişel Lubutan söyləyib.

"2001-ci ildə isə bu rəqəm vur-tut 1500 təşkil edirdi. Əgər ötən ilə qədər İnterpolun yaydığı istiqamətləndiricilər üzrə cəmi 1200 şəxs saxlanılmışdısa, ötən il həmin rəqəm də 4 minə çatıb. Rəqəmlərin ilbəil yüksəlməsinə səbəb İnterpolun öz mexanizmlərini təkmilləşdirməsindən irəli gəlir", - deyə cənab Lubutan vurğulayıb.

Lubutan onu da qeyd edib ki, təşkilat hazırda öz müvafiq strukturlarının müasirləşdirilməsi və modernləşdirilməsi istiqamətində də fəaliyyətini artırır.

Xəbər lenti

Xəbər lenti