...

Azərbaycan prezidenti Ümumdünya Gömrük Təşkilatının Baş katibini "Şöhrət" ordeni ilə təltif edib

Siyasət Materials 2 Fevral 2006 18:50 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 2-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Mişel Danenin "Şöhrət" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb.

Mişel Dane həmin mükafata rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük işinin təkmilləşdirilməsində və Azərbaycanın Dövlət Gömrük Komitəsi ilə beynəlxalq əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti