...

Məmməd Əlizadə: "Ana Vətən Partiyası gündəmdə qalmaqdan ötrü bizim fəaliyyəti kölgə altına alır"

Siyasət Materials 2 Fevral 2006 18:55 (UTC +04:00)

Ana Vətən Partiyası (AVP) gündəmdə qalmaqdan ötrü Məşvərət Məclisinin (MM) fəaliyyətini kölgə altına almağa cəhd göstərir. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri Məmməd Əlizadə bildirib.

Qeyd edək ki, ötən həftə MM-ə üzv olan AVP sədri Fəzail Ağamalı və onun müavini Azər Mənsimli qurumun fəaliyyətindən narazı qaldıqlarını bildiriblər. Bu mövqe isə MM sədrini qane etmyəib. M.Əlizadə bildirib ki, məclisin fəaliyyətindən narzı qalan partiya bu barədə öz təklifini verməlidir: "Ancaq AVP bu vaxtadək belə bir addımı atmayıb".

M.Əlizadə onu da bildirib ki, məclisin sonuncu iclasında qərara alınıb ki, bundan sonrakı iclaslarda yalnız sədrlər iştirak etsinlər: "Ana Vətən və Soisal Rifah kimi partiya sədrlərinin iclaslarda iştirak etməmələri digər partiya sədrləri tərəfindən qısqanclıqla qarşılanır. Mən bunu onların parlamentdəki işləri ilə bağlayıram. Ancaq AVP sədri məclisin bir çox iclasında iştirak etməsə də, fəaliyyətimizi qiymətləndirmir".

Anna Vətən Partiyasının sədr müavini Azər Mənsimli isə M.Əlizadənin fikirlərinə münasibət bildirmək istəmədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti