...

Malkolm Hoenleym: Azərbaycan yəhudilərlə müsəlmanlar arasında yaxşı münasibətlərin formalaşdırılmasında model ola bilər

Siyasət Materials 6 Fevral 2006 19:45 (UTC +04:00)
Malkolm Hoenleym: Azərbaycan yəhudilərlə müsəlmanlar arasında yaxşı münasibətlərin formalaşdırılmasında model ola bilər

Trend in "Conference of Presidents of Major American Jewish Organizations" təşkilatının sədr müavini ilə müsahibəsi

- Siz ABŞ-ın yəhudi icmaları Təşkilatının fevralın 9-dan 13-dək Azərbaycanda səfərdə olacaq nümayəndə heyətinə başçılıq edirsiniz. Sizin Azərbaycana qarşıdakı səfərinizdə hansı məsələlərin müzakirəsi nəzərdə tutulur? Hər hansı yeni layihələrin müzakirəsi planlaşdırılıbmı?

- ABŞ-ın yəhudi icmalarının üzvləri nümayəndə heyətində geniş təmsil olunacaq. Biz Azərbaycan və ABŞ xalqlarının bir-birini daha yaxşı başa düşməsi üçün Azərbaycan xalqı və rəhbərliyi ilə daha sıx əlaqələr qurmağı planlaşdırırıq.

Biz hesab edirik ki, Azərbaycan mühüm əhəmiyyətə malik ölkədir və istəyirik ki, həm də Azərbaycan və İsrail arasında daha sıx əlaqələrin yaranmasına kömək edək. Biz səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, dini liderlər, yəhudi icmalarının liderləri ilə görüşməyi, eləcə də respublikanın yəhudi icmasının qədimdən bəri məskunlaşdığı Quba rayonuna getməyi nəzərdə tuturuq. Şübhəsiz ki, biz ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşəcəyik və Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlığa yardım məsələlərini müzakirə edəcəyik.

- Nümayəndə heyətinin tərkibinə qatılan sahibkarlar üçün iqtisadiyyatın hansı sahələri daha cəlbedicidir?

- İstər Azərbaycan üçün, istərsə də bütün dünya üçün energetika sektorunun böyük əhəmiyyəti vardır və həmçinin bu sektorun təqdim etdiyi imkanlar da çox mühüm əhəmiyyət kəsb edir. Nəticədə neft sahəsinin inkişafı iqtisadiyyatın digər sahələrinə də öz müsbət təsirini göstərəcək.

- Siz - Azərbaycan-İsrail münasibətləri müsəlman ölkələri ilə münasibətlərin modeli kimi istifadə olunacaq- deyərkən nəyi nəzərdə tuturdunuz?

- Şübhəsiz biz bilirik ki, çoxsaylı yəhudi icmasının yaşadığı Azərbaycanda heç vaxt antisemitizm təzahürləri olmayıb. Bu, yəhudilərlə müsəlmanlar, eləcə də ümumilikdə xalqlar arasında yaxşı münasibətlərin formalaşdırılmasında digər ölkələr üçün model ola bilər.

- Bu gün biz görürük ki, kütləvi informasiya vasitələrinin daha çox diqqət yönəltdiyi ayrı-ayrı qruplar arasında nə qədər çox gərginlik, eləcə də fikir ayrılığı vardır.

- Bir çox illər ərzində Azərbaycan həqiqətən də digər ölkələrə nümunə ola biləcək tolerantlıq nümayiş etdirib.

Xəbər lenti

Xəbər lenti