...

Sərdar Cəlaloğlunun fəaliyyətindən narazı qalan partiya üzvlərinin müraciəti Ali Məclisdə müzakirə olunmayacaq

Siyasət Materials 8 Fevral 2006 13:54 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlunun fəaliyyətindən narazı olan 18 partiya üzvünün Ali Məclisə ünvanladığı müraciət məclisin fevralın 12-də keçiriləcək iclasında müzakirə olunmayacaq. Bu barədə Trend ə ADP Ali Məclisinin sədri Akif Şahbazov bildirib.

Qeyd edək ki, S.Cəlaloğlunun fəaliyyətindən narazı qalan bir qrup demokrat Ali Məclisin rəhbərliyinə məktub ünvanlayaraq bu məsələni müzakirəyə çıxarılmasını tələb ediblər. A.Şahbazov isə bildirib ki, Ali Məclis partiyanın ayrı-ayrı üzvlərinin müraciətlərini müzakirəyə çıxarmaq səlahiyyətində deyil: "Belə müraciətlər baxılmaq üçün partiyanın lazımi orqanlarına göndərilir".

S.Cəlaloğlunun fəaliyyətindən narazılıqla bağlı məktubun baxılmaq üçün konkret hansı orqana göndərilməsi ilə bağlı sualımızı cavablandırmayan A.Şahbazov bildirib: "Çox adam istəyir ki, bu məsələ Məclisdə müzakirə olunsun". A.Şahbazov Ali Məclisin fevralın 12-də keçiriləcək toplantısında ADP sıralarından xaric edilən Aydın Quliyevin iştirak edəcəyi barədə məlumatsız olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti