Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Parisə səfərə yola düşüb. Bu barədə Trend ə Azəobaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Səfər ərəfəsində Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə verdliyi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin danışıqların aparılacağı əsas gün fevralın 10-u olacaq. Onun sözlərinə görə, İ.Əliyevin Fransa prezidenti Jak Şirakla ayrıca görüşünün keçiriləcəyi gözlənilir. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə məsləhətləşmələrin keçiriləcəyi də nəzərdə tutulub.
Azərbaycan prezidenti Parisə səfərə yola düşüb
