...

Məzahir Pənahov: Təkrar seçkiyə qatılan namizədlərin sayı 105 nəfərə çatıb

Siyasət Materials 10 Fevral 2006 19:23 (UTC +04:00)

Ötən il 6 noyabrda keçirilmiş parlament seçkisində iştirak etmiş və ümumi səslərin 3 faizindən azını toplamış namizədlərin əksəriyyəti dövlət büdcəsindən ayrılmış vəsaiti artıq geri qaytarıb. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə məlumat verib. O, bildirib ki, MSK həmin namizədlərin dövlət büdcəsindən onların təbliğat-təşviqat kampaniyaları üçün ayırdığı vəsaiti geri qaytarmaları üçün dairə seçki komissiyaları qarşısında tələb qoymuşdu. DSK-lar tərəfindən də 500-ə yaxın namizəd barəsində məhkəmələrə müraciətlər edilmişdi. Məzahir Pənahovun sözlərinə görə, lazımi qədər səs toplamayan namizədlərin bir çoxu həmin vəsaiti geri öbəyib, qalanları isə müəyyən müddətə öhdəlik götürüb.

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində isə iştirak edən namizədlərin sayı 105 nəfərə çatıb. Qeyd edək ki, MSK-nın fevralın 10-da keçirilən iclasında 6 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bununla təkrar seçkidə iddialıların sayı 105 nəfər olub. Məzahir Pənahov bildirib ki, artıq namizədlərin dairə seçki komissiyalarına (DSK) imza vərəqələrini qaytarması mərhələsi başlayıb. DSK-lar da 10 gün müddətində həmin namizədin qeydə alınıb-alınmaması ilə bağlı qərar çıxarmalıdır. Səsvermə gününə 70 gün qalmış imza vərəqələrinin qaytarılması və namizədlərin qeydə alınması prosesi başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti