Fevralın 17-də Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ-ın dövlət katibi Kandoliza Rays arasında telefon söhbəti olub. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Söhbətin gedişində Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə başa çatan danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti və ABŞ-ın dövlət katibi qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.