...

"Yeni Siyasət" seçki blokunun üzvləri parlamentə keçiriləcək təkrar seçkilərdə fərdi qaydada iştirak edəcək

Siyasət Materials 20 Fevral 2006 13:50 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun üzvləri 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə fərdi qaydada iştirak edəcək. Bu barədə Trend ə adıçəkilən seçki blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının lideri Eldəniz Quliyev bildirib.

E.Quliyev bunu vaxtın azlığı ilə izah edib: "Koordinasiya Şurasında qərara aldıq ki, blokun seçki qərargahı yaradılmasın. Çünki seçkilərə vaxt çox az vaxt qalıb. Qərargahı formalaşdırmaq isə çox vaxt tələb edir". E.Quliyev seçkilərə qatılacaq namizədlərə seçki bloku tərəfindən dəstək veriləcəyini deyib.

Xəbər lenti

Xəbər lenti