...

ASDP "Yeni Siyasət" blokundan çıxmaq barədə qərar verdi

Siyasət Materials 22 Fevral 2006 14:55 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) təmsil olunduğu "Yeni Siyasət" seçki blokundan çıxmaq barədə qərar verib. Bu barədə Trend ə partiyanın həmsədri Araz Əlizadə məlumat verib.

O, bildirib ki, fevralın 22-də ASDP-nin Mərkəzi Komitəsinin Plenumu keçirilib. İclasda təkrar parlament seçkilərində iştirak, MSK-ya nümayəndə təyin olunması, "YeS" blokunu rəsmən tərk etmək və digər məsələlər müzakirə olunub. ASDP Mərkəzi Seçki Komissiyasına (MSK) 3 nəfər əsas səs hüquqlu, bir nəfər məşvərətçi səs hüquqlu nümayəndəsini təyin edib. Bu şəxslərin MSK-ya təqdimatının verilməsi qərara alınıb.

Qeyd edək ki, "Yeni Siyasət" bloku təkrar parlament seçkisində blok şəklində deyil, üzvlərin ayrı-ayrılıqda iştirakına qərar verib. Buna görə də ASDP seçkiyə blokun üzvü kimi qatıla bilməz. Partiyanın Mərkəzi Komitəsi təkrar seçkidə iştirak etdiyinə görə "YeS" blokundan çıxmaq barədə qərər verib. Partiyanın seçkidə namizədi isə Araz Əlizadə olacaq. O, namizədliyini vermək üçün 44 saylı Sumqayıt-Abşeron və ya 38 saylı Nizami(Gəncə) ikinci seçki dairələrindən birini seçəcək.

A.Əlizadə onu da deyib ki, "YeS" seçki blokunun siyasi bloka çevrilməsi istiqamətində danışıqlar aparılır. ASDP-nin də bu siyasi blokda təmsil olunacağı

Xəbər lenti

Xəbər lenti