...

Binəqədi RPİ-də baş vermiş intihar faktı ilə əlaqədar başlanmış cinayət işinə xitam verilib

Siyasət Materials 22 Fevral 2006 18:23 (UTC +04:00)

Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində 17 dekabr 2005-ci il tarixdə baş vermiş intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış cinayət işinə xitam verilib. Bu barədə Trend ə Binəqədi rayon prokurorunun köməkçisi Mirqəni Cavadov məlumat verib.

Qeyd edək ki, Sumqayıt şəhər sakini 1958-ci il təvəllüdlü Nəriman Tofiq oğlu Vəliyev Sulutəpə qəsəbəsində baş vermiş mənzil oğurluğunda şübhəli bilinərək Binəqədi rayon Polis İdarəsinə gətirilib. Təxminən 1 saata yaxın əməliyyatçı Rasim Şahverdiyevin idarənin 3-cü mərtəbəsində yerləşən iş otağındakı eyvandan özünü ataraq intihar edib.

Binəqədi rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli şəxs qismində saxlanılan Nəriman Vəliyevə qarşı heç bir təzyiq və fiziki zor tətbiq olunmayıb. Belə ki, onun meyiti üzərində zorakılıq əlaməti aşkar olunmayıb. İstintaq belə qənaətə gəlib ki, hadisə müstəntiq Rasim Şahverdiyevin səhlənkarlığı səbəbindən baş verib.

İşində səhlənkarğıla yol vermiş Rasim Şahverdiyev tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti