• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

İsveçrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır

23 Fevral 2006 13:53 (UTC+04:00)
  • 0
  • 0

İsveçrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 23-də İsveçrənin xarici işlər naziri xanım Nişlen Kalmi-Rey həmkarı Elmar Məmmədyarovla Bakıda görüşündən sonra bəyan edib.

Onun sözlərinə görə, Berndə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına təkan verib. İsveçrə hökuməti Bakıda öz səfirliyini açmağı planlaşdırır. Bu ölkə Azərbaycanla ticari-iqtisadi münasibətlərin genişlənməsində, xüsusilə sərmayə qoyuluşu sahəsində maraqlıdır. Bu gün Bakıda investisiyaların qarşılıqlı qorunması, o cümlədən ikiqat vergi tutmanın aradan qaldırılmasına dair imzalanmış sazişlər Azərbaycanda İsveçrə şirkətlərinin fəaliyyətinin aktivləşməsi üçün yeni imkanlar açacaq. Xanım Nişlen Kalmi-Reyin sözlərinə görə, İsveçrə hökuməti əhalinin iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycana köməkliyin göstərilməsinin, ölkədə iqtisadi vəziyyətin qiymətləndirilməsinin, o cümlədən humanitar yardımın göstərilməsinin nəzərdə tutulduğu texniki yardıma dair saziş imzalamağı planlaşdırılır.

"İsveçrə ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər əsasında həllinin tərəfdarıdır. Biz Cenevrədə münaqişə tərəfləri arasında danışıqların təşkili üçün şərait yaratmağa hazırıq" - deyə o qeyd edib. İsveçrənin XİN başçısı Xocalı faciəsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, onun ölkəsi həmişə bəşəriyyətə qarşı istənilən cinayətə qarşı çıxır. Onun sözlərinə görə, insan haqları İsveçrə üçün ən mühüm məsələdir. "Biz insan hüquqlarının müdafiəsinin tərəfdarıyıq", - deyə o vurğulayıb.

E.Məmmədyarov aparılmış danışıqlardan razı qaldığını bildirib və qeyd edib ki, ikitərəfli əməkdaşlığın bütün aspektləri ətraflı müzakirə edilib. O bildirib ki, Azərbaycan İsveçrə ilə iqtisadi münasibətlərin genişlənməsində maraqlıdır və bu ölkənin firmalarının Azərbaycanda daha yaxşı fəaliyyəti üçün hər cür şərait yaratmağa hazırdır.

Qeyd edək ki, danışıqların yekunları üzrə miqrasiya sahəsində əməkdaşlığa dair saziş imzalanıb, həmçinin, ikiqat vergi tutmanın aradan qaldırılması və qarşılıqlı sərmayələrin qorunması və təşviqinə dair iki sazişin imzalanması planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
ABŞ-ın Skokie şəhərində 26 fevral Xocalı Faciəsinin Anım Günü elan edilib (FOTO)
Siyasət 01:55
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən görkəmli teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlanıb (FOTO)
Siyasət 18 Fevral 18:50
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb (FOTO)
Siyasət 18 Fevral 18:12
Əli Həsənov: Əli Kərimli Azərbaycana Suriyanın “inqilab təcrübə”sini idxal etmək istəyir, Azərbaycan hakimiyyəti isə dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır
Siyasət 18 Fevral 17:27
Prezident İlham Əliyev: Sumqayıtda məskunlaşan bütün məcburi köçkün ailələri tədricən yeni evlərə köçürüləcək
Siyasət 18 Fevral 17:03
Azərbaycan Prezidenti: Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq
Siyasət 18 Fevral 16:59
Xəbər lenti
ABŞ-da atışma baş verib: 4 ölü
Dünya xəbərləri 08:01
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Cəmiyyət 07:45
ÇXR nümayəndə heyəti 19-21 fevralda Vaşinqtonda ticarət danışıqlarında iştirak edəcək
Dünya xəbərləri 07:25
Sabirabad sakini olan 29 yaşlı qız Bakıda yaşadığı evdən itkin düşdü
Gündəm 07:01
Türkiyədə zəlzələ baş verib
Dünya xəbərləri 06:26
Terrorçular Suriyada yaşayış məntəqəsini atəşə tutub, ölənlər var
Dünya xəbərləri 05:43
BƏƏ "IDEX 2019"un ikinci günündə $1,9 milyardlıq hərbi təyinatlı məhsullar alıb
Dünya xəbərləri 05:15
Meksikada benzin daşıyan maşın qatarla toqquşub: 2 ölü, 4 yaralı
Dünya xəbərləri 04:18
İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib
Dünya xəbərləri 03:29
Ən çox oxunanlar
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah Yeni bölüm
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Nigar Arpadarai: İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır (MÜSAHİBƏ)
Nəzər nöqtəsi
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)

Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır
Ekspert: Məişət zəminində baş vermiş insident azərbaycanlı-çeçen dostluğuna ziyan vura bilməz
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri