...

Azərbaycan prezidenti Bakı və onun ətrafındakı kəndlərin inkişafına həsr olunan müşavirə keçirib

Siyasət Materials 27 Fevral 2006 17:55 (UTC +04:00)
Azərbaycan prezidenti Bakı və onun ətrafındakı  kəndlərin inkişafına həsr olunan müşavirə keçirib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 27-də Bakı və onun ətrafında kənedlərin inkişafına həsr olunmuş müşavirə keçirib.

Trend in verdiyi xəbərə görə, dövlət başçısı Azərbaycanın regionlarının inkişafı üzrə dövlət proqramı ilə yanaşı Bakı və onun ətrafındakı kəndələrin inkişafı üçün də xüsusi proqramın hazırlandığını bildirib. Proqram Bakı kəndlərində yaşayan 70 mindən artıq adamı əhatə edir.

Müşavirədə Bakı şəhərinin meri Hacıbala Abutalıbov, təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, "Azəriqaz" QSC-nin prezidenti Əlixan Məlikov, "Azərenerji" ƏC-nin rəhbəri Etibar Pirverdiyev və digərləri məruzə ilə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti